İran Türkiyə ilə sərhədi bağlamayıb - Rəsmi

İran Türkiyə ilə sərhədi bağlamayıb - Rəsmi
  04 Avqust 2015    Oxunub:1983
İran Türkiyə ilə sərhədlərini bağlamayıb.
AzVision.az xəbər verir ki, bu barədə açıqlamanı İranın Daxili İşlər Nazirliyi yayıb. Məlumata əsasən iki ölkə arasında mövcud sərhəd-keçid məntəqələrində vətəndaşların gediş və gəlişi heç bir problem yoxdur: “ Sadəcə olaraq qısa müddət ərzində dəmir yolunda mövcud problemlər səbəbindən Yüksək Milli Təhlükəsizlik Şurasının (SNSC) qərarı ilə dayandırılıb”.

Rəsmi Ankara da mətbuatda “İran Türkiyə ilə sərhədi bağlayıb” xəbərlərinin yalan olduğunu bildirib.

Qeyd edək ki, bu gün İranın polis rəisi Hüseyin Aştari deyib ki, Türkiyədə iki həftədir baş verən siahlı hücumlar səbəbilə Yüksək Milli Təhlükəsizlik Şurasının (SNSC) qərarı ilə İran Türkiyə ilə sərhəddi müvəqqəti olaraq bağlayıb.

Türkiyə ilə İran arasında 3 sərhəd keçid qapısı var.


Teqlər:





Xəbər lenti