İran Rusiyadan döyüş təyyarəsi alacaq

İran Rusiyadan döyüş təyyarəsi alacaq
  12 Fevral 2016    Oxunub:1643
İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyadan "Sukhoi Su-30" tipli döyüş təyyarəsi almaq üçün aparılan danışıqların imzalanma mərhələsinə gəldiyini və alınacaq təyyarələrin sayının müəyyən olunduğunu bəyan edib.

AzVision.az Azərtac-a istinadla xəbər verir ki, iranlı nazir bu barədə İranın yarı-rəsmi "Tasnim" agentliyinə müsahibəsində qeyd edib. Nazir, həmçinin Rusiyadan alınan S-300 hava müdafiə sistemlərinin ilk hissəsinin imzalanan müqaviləyə görə, bu ilin ilk rübündə təhvil ediləcəyini deyib.

H.Dehqan beynəlxalq mediyada yer alan İranın Çindən J-10 tipli döyüş təyyarələri alacağı barədə iddiaların doğru olmadığını vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti