İran Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib

İran Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib
  29 İyul 2015    Oxunub:2922
İran ölkədə turizm sənayesini stimullaşdırmaq məqsədilə yeddi ölkənin vətəndaşları üçün səfər vizasını ləğv edib.
AzVision.az-ın məlumatına görə, bu barədə İranın `Kayhan` qəzeti xəbər yayıb.

“Bundan sonra Türkiyə, Livan, Azərbaycan, Gürcüstan, Boliviya, Misir və Suriyadan olan turistlər İrana vizasız səfər edə bilərlər”, - deyə, İran qəzeti yazıb.

Adları çəkilən ölkələrin vətəndaşları İranda 15 gündən 90 günədək vizasız qala bilərlər. Bundan əlavə, İran rəhbərliyi turizm sektorunu inkişaf elətdiormək üçün daha 60 ölkənin vətəndaşları üçün viza rejiminin ləğv imkanlarını nəzərdən keçirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti