İran ordusu Hind okeanında təlimə başlayıb

İran ordusu Hind okeanında təlimə başlayıb
  26 Fevral 2017    Oxunub:1954
İran hərbi dəniz qüvvələri Hind okeanının şimalında irimiqyaslı hərbi təlimlərə başlayıb.
AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təlimlərə İran HDQ komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə start verilib. Hərbi təlimlərdə kəşfiyyat əməliyyatları, taktiki manevrlər habelə xilasetmə əməliyyatlarının keçirilməsi nəzərdə tutulur.

Müdafiə əməliyyatı çərçivəsində İran istehsalı olan hərbi texnika, o cümlədən sualtı qayıqlar və helikopterlər istifadə olunacaq. İran HDQ komandanlığı təlimdə iştirak edəcək hərbçi və silahların sayı barədə məlumat verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti