İran Ermənistanla birgə PUA istehsal edəcək - (VİDEOXƏBƏR)

İran Ermənistanla birgə PUA istehsal edəcək - (VİDEOXƏBƏR)
  03 Fevral 2017    Oxunub:13834
İranla Ermənistan birgə pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə müzakirələr Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İranın müdafiə naziri Hüseyn Dehqanı ilə görüşü zamanı baş tutub.

Qeyd olunub ki, hər iki ölkə pilotsuz uçuş aparatının təkmilləşdirilməsi, bu istehsalın genişləndirilməsi istiqamətində əməkdaşlıq etməyi düşünür: “Söhbət PUA-ların satışından yox, birgə istehsaldan gedir” - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib. Səfər İranın müdafiə naziri Hüseyn Dehqanın rəsmi dəvəti ilə gerçəkləşib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti