İqtidardan növbəti dialoq açıqlaması

İqtidardan növbəti dialoq açıqlaması
  05 May 2015    Oxunub:1761
“Müxalifət-iqtidar dialoqu başlayanda bildirilmişdi ki, hər bir təşkilat, hər bir partiya, o cümlədən də iqtidar müxtəlif mövzular təklif edə bilər. Ümumi razılıq əsasında mövzular sıralanır və növbə ilə müzakirəyə çıxarılır”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Dialoqda bağlı müxalifətin narazılığına münasibət bildirən S.Novruzov vurğulayıb ki, tərəflər müzakirə üçün mövzular təklif etməlidir və bununla bağlı toplantı keçirilib qərar verilir: “Hələki təkliflər edilir və bu konsensus əsasında razılığa gəlinəcək. Bunların hamısı danışıqlar vasitəsilə öz həllini tapacaq. Seçkilərin müzakirəsinə gəlincə isə o da təşkilatların təkliflərindən və müzakirə üçün irəli sürülən mövzuların sıralanmasından asılıdır. Mövzuların müzakirəsi ardıcıllıqla olur”.

Dialoqun vaxtına gəlincə, S.Novruzov bunun müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Prezident Administrayasiyası tərəfindən müxalifət partiyalarına dialoq aparılması barədə təklif irəli sürüb. Dialoqda iştirak edəcək müxalifət təmsilçiləri görüşdə Avropa Oyunlarının müzakirə mövzusu olduğunu əsas gətirərək dialoqdan imtina etmək istəyir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti