İnvestorlar Ermənistanı tərk edir

İnvestorlar Ermənistanı tərk edir
  30 İyul 2014    Oxunub:718
Ölkədə korrupsiya artıb, sağlam rəqabət yoxdur.

Ermənistan iqtisadiyyatına yatırılan investisiyaların həcmi ildən-ilə azalır. AzVison.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Sənaye və Məşğulluq Milli Birliyinin direktoru Qaqik Makaryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə investisiya yatırımına əsas maneə korrupsiyadır. Bununla yanaşı Q. Makaryan Ermənistanda sağlam rəqabət olmadığını bəyan edib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti