İntihar cəhdinin qarşısı alındı - Yenilənib

İntihar cəhdinin qarşısı alındı - Yenilənib
  27 Noyabr 2014    Oxunub:1625
Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.
FHN-in psixoloq heyətinin körpüdən özünü atmaq istəyən 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu ilə apardığı danışıqlar müsbət nəticə verib.

Gənc təhlükəsizlik qaydalarına əməl etməklə körpüdən endirilib və aidiyyatı üzrə təhvil verilib.

***

Metronun “Koroğlu” stansiyası yaxınlığında bir gənc körpüyə çıxaraq intihar edəcəyini bildirir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar Ş. Şahmarovu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.


Teqlər:  





Xəbər lenti