İnterpolun axtardığı azərbaycanlıdan AÇIQLAMA

İnterpolun axtardığı azərbaycanlıdan AÇIQLAMA
  25 Noyabr 2014    Oxunub:1895
"2012-ci ildə mənə Çexiyada təhsillə bağlı bir azərbaycanlı ailə müraciət etmişdi. Onlara yardım etdim, Praqa Karl Universitetinə 6500 avro təhsil haqqı ödədilər, lazım olan sənədləri göndərdik, ancaq onlar öhdələrinə düşən sənədləşməni düzgün aparmadıqları üçün viza ala bilmədilər. Bütün bu sənədlər və ödəmələr haqqındakı qəbzlər, sübutlar əlimizdədir. Bu işdə mənim günahım olmasa da, o adamlara öz cibimdən 3000 dollar pul qaytardım. Ancaq onlar məni Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməklə hədələdilər və daha çox maddi vəsait tələb etdilər".
AzVision.az xəbər verir ki, bu barədə İnterpolun barəsində axtarış elan etdiyi Elşən Nəzərovdan APA-ya daxil olan açıqlamada bildirilib.

E. Nəzərov bu məsələni "kiçik problem" adlandırıb və deyib ki, həmin şəxslər məsələni siyasiləşdirmək istəyirlər.

O, 17 ildir ki, Çexiya Respublikasının rəsmi qoruması altında olduğunu da vurğulayıb: "Ümid edirəm ki, rəsmi Bakı da mənə şər atanları cəzalandıracaq. Şəxsən mən hər iki dövlətin müvafiq orqanları ilə əməkdaşlığa hazıram".

Qeyd edək ki, bu gün Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərovun beynəlxalq axtarışa verilməsi ilə bağlı xəbər yayılıb. İnterpolun saytında yerləşdirlən məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib:"Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub".


Teqlər:  





Xəbər lenti