İngiltərənin büdcəsində rekord azalma

İngiltərənin büdcəsində rekord azalma
  22 Oktyabr 2016    Oxunub:1604
Sentyabr ayında İngiltərənin büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 14,5 faiz artaraq 10,6 milyard funt-sterlinq səviyyəsinə çatıb.
AzVision.az xəbər verir ki, İngiltərə Milli Statistika Ofisindən (ONS) edilən şərhdə deyilir ki, sentyabr ayında büdcə kəsiri aylıq göstəricidə son 2 ilin ən yüksək səviyyəsinə çatıb.

Sentyabr ayında İngiltərənin dövlət gəlirləri 2,6 faiz, xərcləri isə 3,5 faiz artıb. Ötən ay İngiltərədə vergi gəlirləri 2008-ci ildən indiyədək ilk dəfə aylıq göstəricidə 8,7 faiz azalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti