İngilislər Falkaonu almaq istəyir

İngilislər Falkaonu almaq istəyir
  01 Sentyabr 2014    Oxunub:1270
Fransanın “Monako” klubunun hücumçusu Radamel Falkao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

28 yaşlı futbolçu ilə İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti” və “Arsenal” klubları maraqlanır. İnternetdə yayılan məlumatlara görə, “Mançester Yunayted” bu gün kolumbiyalı hücumçu ilə 4 illik müqavilə imzalayacaq. “MY”-nun bu transferə görə, “Monako”ya 65 milyon avro ödəyəcəyi gözlənilir.

“Mançester Siti” və “Arsenal” Falkaonun transferinə görə, 70 milyon ödəməy hazırdır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti