İmtahan vaxtları gələn həftə bilinəcək

İmtahan vaxtları gələn həftə bilinəcək
  29 Yanvar 2015    Oxunub:2375
Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar Bakıda iyun ayının 7-dək buraxılış imtahanları keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O vurğulayıb ki, imtahanlar çox ciddi tədbirdir, çünki burda təhlükəsizlik və digər məsələlər var: “Gələn həftə bütün tarixləri elan edəcəyik. Sınaq imtahanlarının tarixləri isə artıq elan edilib”.

M.Abbaszadə bildirib ki, Dövlət Strategiyası ilə bağlı 12 illiyə keçid gedirsə sözsüz ki, qəbul prosesində də hansısa dəyişiklik olmalıdır: “Biz bunu nəzərə almışıq. Bu ilki 9 illik və 11 illik bazadan texnikuma getmək istəyənlər üçün məlumdur ki, dəyişiklik edildi. Hansısa dəyişiklik olanda hüquqi ekspertiza olur. Bu Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilir”.

Onun sözlərinə görə, bu il təhsil sistemi hansı dəyişikliyə hazırdırsa, o da olacaq: “Bu il sınaq imtahanları 4 gün müəyyənləşib. Təkrar imtahanlara yazılan çox şagird olmur. 4 imtahanın hamısı da yeni suallardan ibarət olacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti