İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  04 İyul 2015    Oxunub:3061
İyulun 2-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri məlum olub.
TQDK-dan AzVision.az-a verilən xəbərə görə, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 12 min 942 abituriyentdən 1 734 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 11 min 208 abituriyentdən 15 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 6 984 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, ixtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada təşkil olunub. İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilir və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.


Teqlər:  





Xəbər lenti