İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  21 Aprel 2015    Oxunub:1760
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il aprelin 19-da ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanını keçirib.
AzVision.az-ın məlumatına görə, imtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında aparılıb.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib və SOCAR-a təqdim olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2.181 namizəddən 455-i imtahana gəlməyib. İmtahanda maksimal nəticə 33 bal olub (bu imtahanda toplanması mümkün olan maksimal bal 40 idi). İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər.

Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.


Teqlər:





Xəbər lenti