İmtahan fənnlərinin sayı azalacaqmı? - TQDK-dan açıqlama

İmtahan fənnlərinin sayı azalacaqmı? - TQDK-dan açıqlama
  18 Sentyabr 2014    Oxunub:2395
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ixtisas qruplarında fənnlərin azaldılacağı ilə bağlı iddialara aydınlıq gətirib.
O, AzVision.az-a açıqlamasında bildirib ki, hələ ki, bununla bağlı heç bir qərar yoxdur: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında hansısa ixtisas qrupundakı fənnlərin azaldılması ilə bağlı bir qərar yoxdur. Hər hansı bir dəyişiklik olanda biz bunu əvvəlcədən xəbər edirik” .

Qeyd edək ki, iddialara görə, növbəti qəbul imtahanında bəzi ixtisas qruplarında fənnlərin sayı azalacaq. Üçüncü ixtisas qrupunda ədəbiyyat fənninin çıxarılacağı da iddia edilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti