İmtahan başa çatdı

İmtahan başa çatdı
  26 Aprel 2015    Oxunub:1829
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da qəbul imtahanının ikinci mərhələsi yekunlaşıb.
İmtahan saat 13.00-da başlanıb və saat 14.30-da başa çatıb.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunub və imtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

Qeyd edək ki, hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisas müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.


Teqlər:





Xəbər lenti