İmamdan ilginc iddia: “Yer kürəsi fırlanmır...”

İmamdan ilginc iddia: “Yer kürəsi fırlanmır...”
  17 Fevral 2015    Oxunub:3034
Səudiyyə Ərəbistanlı imam Şeyx Bəndər əl-Xeybəri ilginc iddia irəli sürüb. O, hesab edir ki, Yer kürəsi fırlanmır, hərəkətsiz olaraq qalır.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, şeyx bu iddianı tələbələrin suallarını cavablandırarkən səsləndirib:

“Əgər Yer kürəsi fırlanırsa, onda təyyarə havada dayananda Çin təyyarəyə doğru irəliləyərdi”.
Şeyx fikirlərini ətraflı izah edərək Yer kürəsinin hərəkət etmədiyini isbatlamağa çalışıb:

“Tutalım, biz hava limanından Çinə gedirik. Dediniz ki, Yer kürəsi fırlanır, əgər belədirsə, onda Çin təyyarəyə doğru hərəkət etməli deyil? Əgər Yer kürəsi ona əks istiqamətdə hərəkət etsəydi, heç vaxta təyyarə Çinə gedib çata bilməzdi. Çünki o zaman Çin də təyyarə kimi fırlanacaqdı”.

Əl-Xeybərinin bu açıqlamasının videosu sosial şəbəkədə yayılmağa başalayandan sonra "cleric_rejects_rotation_of_Earth" (şeyx Yer kürəsinin fırlandığını inkar edir) haştaqı yaradılıb. Tvitter sosial şəbəkəsi istifadəçilərindən biri bu açıqlamanın Qalileoo Qalileyin doğum gününə təsadüf etməsini vurğulayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti