İlkin Həsəni Ans-i təhqir etdi - Dava başladı

İlkin Həsəni Ans-i təhqir etdi - Dava başladı
  22 May 2015    Oxunub:11781
ANS və ATV kanalları arasında söz savaşı başladı
Ans telekanalında ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyeva ilə bağlı efirə gedən tənqidi sujet qarşı tərəfin etirazına səbəb olub.

ATV-nin əməkdaşları jurnalist Ləman Ələşrəfqızının hazırladığı sujetə sosial şəbəkələrdə kəskin iradlarını bildiriblər. İlkin Həsəni bir qədər irəli gedərək rəqib kanala təhqirlə cavab verib:

"14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyini görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm. TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!






Teqlər:  





Xəbər lenti