İlham Mirzəyevin şikayəti təmin edilmədi

İlham Mirzəyevin şikayəti təmin edilmədi
  30 Yanvar 2015    Oxunub:1895
Ali Məhkəmə həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin birinci instansiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb.
AzVision.a lent.az-a verilən məlumata görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, İlham Mirzəyevin vəkili Xanlar Bayramzadənin verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, İlham Mirzəyevin vəkili Ali Məhkəməyə göndərdikləri şikayətində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyib.

Qeyd edək ki, İlham Mirzəyevin vəkilləri bundan əvvəl keçirilən prosesdə şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların vəsatəti təmin edilməyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.


Teqlər:





Xəbər lenti