İlham Mirzəyev tibb məntəqəsinə köçürülüb

İlham Mirzəyev tibb məntəqəsinə köçürülüb
  23 İyul 2014    Oxunub:1019
Bakı İstintaq Təcridxanasında saxlanan psixoloq, baxıcı İlham Mirzəyev tibb məntəqəsinə köçürülüb.
AzVision.az xəbər verir ki, vəkil Adəm Məmmədov media forum saytına bildirib ki, İlham Mirzəyevin onurğasında yırtıqlar var: “Ağrıları şiddətlənib, ayağı tutulub. Həkimlər iynə vurub, qoluna girib onu ağır vəziyyətdə tibb məntəqəsinə aparıblar. Bir həftəyə yaxındır həmin məntəqədə müalicəsi davam etdirilir”.

Vəkil istintaqın davam etdiyini deyib: “Sonuncu dəfə İlham Mirzəyevin həbs müddəti iki ay uzadılmışdı. Ehtimal ki, yaxın günlərdə işi yekunlaşdırıb məhkəməyə göndərəcəklər”.

Adəm Məmmədov əlavə edib ki, İlham Mirzəyev ailə üzvləri ilə görüşə, telefonla danışa bilir.

İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.


Teqlər:





Xəbər lenti