İlham Əliyevi təbrik etdilər

İlham Əliyevi təbrik etdilər
  29 May 2015    Oxunub:1688
Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü ilə münasibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, M. Ə. Qaninin məktubunda deyilir:

“Zati-aliləri, 28 May – Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi, mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi arzu edirəm”.

**
Bruney sultanı Hacı Həssənal Bolkiah Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Bruney sultanının məktubunda deyilir:

“Zati-aliləri, Sizi salamlayır, Ulu Tanrıdan Sizə xeyir və bərəkət arzulayıram. Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimi göndərməkdən məmnunluq duyuram. Sizə və xalqınıza xoşbəxtlik və rifah arzulayıram. Ölkələrimiz arasında ikitərəfli dostluğu, habelə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə olan marağı yüksək qiymətləndirirəm. Uca Allah Sizə və Azərbaycan xalqına tərəqqi və rifah bəxş etsin”.

***

İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə həmçinin Moldova prezidenti Nikolaye Timofti də təbrik edib.

N.Timoftinin məktubunda deyilir: “Zati-aliləri, Milli bayramınız – Respublika Günü münasibətilə bütün Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına sülh və daha da çiçəklənmək arzuları ilə Sizi səmimi qəlbdən təbrik etməkdən xüsusi məmnunluq duyuram.

Qəti əminliyimi bildirirəm ki, dövlətlərimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin ənənəvi əsası olan ikitərəfli dialoq Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın iki ölkənin və xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə kömək edəcək.

Zati-aliləri, Bakıya qarşıdakı səfərim ilə əlaqədar Sizinlə tezliklə görüşəcəyimə ümid bəsləyir, Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edir, dərin ehtiramımı bildirirəm”.

***
Qətər dövlətinin əmiri Təmim bin Həməd Al Tani, Qətər Dövlətinin Əmirinin müavini Abdullah bin Həməd Al Tani, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin də Azərbaycan prezidentini 28 May – Respublika Günü ilə əlaqədar təbrik edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti