İlham Əliyevdən təbrik

İlham Əliyevdən təbrik
  24 Noyabr 2014    Oxunub:1235
Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə. prezidentin məktubunda deyilir:

“Hörmətli cənab sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Teqlər:





Xəbər lenti