İlham Əliyevdən Atambayevə təbrik

İlham Əliyevdən Atambayevə təbrik
  30 Avqust 2014    Oxunub:1391
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi təbrik edib.
AzVision.az xəbər verir ki, ölkə başçısının təbrik məktubunda deyilir:

-Hörmətli Almazbek Şarşenoviç,
Qırğızıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram.

AzVision.az


Teqlər:  





Xəbər lenti