İlham Əliyevdən 2 milyonluq sərəncam

İlham Əliyevdən 2 milyonluq sərəncam
  30 Avqust 2014    Oxunub:1641
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti