İlham Əliyev və xanımı açılışda

İlham Əliyev və xanımı açılışda
  20 Aprel 2015    Oxunub:2434
Aprelin 20-də Bakı Su İdmanı Sarayının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında yaradılan şəraitlə tanış oldular.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

Sonra Prezident İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verildi. Dövlətimizin başçısı yarışların keçiriləcəyi əsas hovuza baxdı.

Diqqətə çatdırıldı ki, binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış oldular.

AzVision.az


Teqlər:  





Xəbər lenti