İlham Əliyev serbiyalı həmkarını təbrik edib

İlham Əliyev serbiyalı həmkarını təbrik edib
  13 Fevral 2016    Oxunub:1262
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti