İlham Əliyev nazirlə görüşdü

İlham Əliyev nazirlə görüşdü
  20 Sentyabr 2014    Oxunub:1288
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqtonu qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, dinamik inkişaf edən əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrinin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi bildirildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti