İlham Əliyev nazir və bank rəhbəri ilə görüşdü

İlham Əliyev nazir və bank rəhbəri ilə görüşdü
  03 Mart 2015    Oxunub:2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirildi, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulandı, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti