İlham Əliyev liman açılışında - FOTOLAR

İlham Əliyev liman açılışında - FOTOLAR
  22 Sentyabr 2014    Oxunub:2458
Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.

Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış etdilər.

Daha sonra dövlət başçısı terminalı işə saldı.

Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxdı.
Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti