İlham Əliyev kraliçanı təbrik etdi

İlham Əliyev kraliçanı təbrik etdi
  15 Aprel 2014    Oxunub:849
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın Kraliçası II Marqreteyə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir".

İlham Əliyev II Marqreteyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar diləyib, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.


Teqlər:  





Xəbər lenti