İlham Əliyev həmkarlarını təbrik edib

İlham Əliyev həmkarlarını təbrik edib
  27 Noyabr 2015    Oxunub:1477
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram".

Dövlətmizin başçısı, həmçinin Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizi təbrik edib. Məktubda qeyd olunur: "Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".


Teqlər:  





Xəbər lenti