İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  23 İyul 2014    Oxunub:1835
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ikitərəfli və çoxtərəfli qaydada inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".


Teqlər:





Xəbər lenti