İlham Əliyev həmkarına başsağlığı verdi

İlham Əliyev həmkarına başsağlığı verdi
  28 İyul 2015    Oxunub:2262
Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə başsağlığı verib.
AzVision.az - ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Hindistan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı xəbəri məni çox kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.


Teqlər:





Xəbər lenti