İlham Əliyev eks-baş nazirlə görüşdü

İlham Əliyev eks-baş nazirlə görüşdü
  01 Oktyabr 2014    Oxunub:1319
Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın keçmiş baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.
Prezident İ. Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən E. Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İ. Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğulayıb.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışılıb, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti