İlham Əliyev Poroşenko ilə görüşüb - FOTOLAR (Yenilənib)

İlham Əliyev Poroşenko ilə görüşüb - FOTOLAR (Yenilənib)
  14 İyul 2016    Oxunub:3821
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.



Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkonu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi. Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.



Daha sonra Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçiblər.



Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdiriblər.

***

Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirir.

AzVision.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Bildirilib ki, prezidentlərin təkbətək görüşündən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Şuranın iclasının yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanacağı planlaşdırılır. Sənədlərin imzalanmasından sonra ölkə başçılarının birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.

***



İyulun 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Pyotr Poroşenkonun təkbətək görüşü olub.

Görüşdə Ukrayna Prezidenti Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti