İlham Əliyev Münxendə görüş keçirdi

İlham Əliyev Münxendə görüş keçirdi
  12 Fevral 2016    Oxunub:1171
Fevralın 12-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.
AzVision.az xəbər verir ki, Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Dövlət başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söylədi. Prezident İlham Əliyev “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət etib.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirib. Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti