Prezident İvan Barros Moreyranı qəbul edib
Dövlətimizin başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını dedi. V Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycanla dostluq qrupunu sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd etdi.
Çili Respublikasının Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin Xarici İşlər nazirinin Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artması və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini dedi və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğuladı. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanları ilə bağlı söhbətlər apardığını da vurğuladı.
AzVision.az