İlham Əliyev İslam Kərimovu təbrik etdi

İlham Əliyev İslam Kərimovu təbrik etdi
  31 Mart 2015    Oxunub:1655
Prezident İlham Əliyev yenidən bu posta seçilməsi münasibəti ilə Özbəkistan dövlət başçısı İslam Kərimovu təbrik edib.

Prezidentin əbrik məktubunda deyilir:

“Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir. Bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Özbəkistan dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.

Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək.

Əziz İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Özbəkistanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.


Teqlər:  





Xəbər lenti