İlham Əliyev Dini Komitəyə əlavə səlahiyyət verdi

İlham Əliyev Dini Komitəyə əlavə səlahiyyət verdi
  25 İyul 2014    Oxunub:809
Prezident İlham Əliyev “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” prezidentin fərmanında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, fərmanla bir neçə mərkəzi icra hakimiyətləri orqanlarına əlavə səlahiyyət verilib. Fərmana əsasən, kommersiya qurumları ilə münasibətləri İqtisadiyyat və Sənaye Nazirliyi, digər qeyri-kommersiya qurumları və fiziki şəxslərlə münasibətləri Ədliyyə Nazirliyi həyata keçiriəcək.

Fərmanda Dini Komitəyə də əlavə səaliyyət verilib. Belə ki, qrantlarla bağlı dini qurumlara münasibətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti