İlham Əliyev Davudoğluna zəng etdi

İlham Əliyev Davudoğluna zəng etdi
  29 Avqust 2014    Oxunub:1479
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövləti başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni Baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti