Prezident 121 nömrəli məktəbdə - FOTOLAR

Prezident 121 nömrəli məktəbdə - FOTOLAR
  23 Avqust 2014    Oxunub:4500
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

AzVision.az xəbər verir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi bu il də davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 121 nömrəli məktəbdə görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi. 1934-cü ildə istifadəyə verilən məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun yeni korpus inşa olunub. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğu dövlətimizin başçısının diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev ikinci korpusun əsaslı şəkildə yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Şəhid Əmirəhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780 şagird yerlik yeni korpusu dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən quruldu.

Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə yaxından tanış oldu.

Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Qalereya




Teqlər:  





Xəbər lenti