İlham Əliyevin mükafatları - SİYAHI

İlham Əliyevin mükafatları - SİYAHI
  10 Fevral 2015    Oxunub:12473
Prezident İlham Əliyev indidəyək bir çox yüksək mükafatlara layiq görülüb. Ölkə başçısı fəaliyyəti dövründə xidmətlərinə görə bir sıra dövlətlər, təşkilatlar tərəfindən onlarla orden, medalla təltif edilib. Bununla yanaşı Azərbaycan prezidenti 20-ə yaxın tanınmış ali təhsil ocağının Fəxri Doktorudur.

AzVision.az prezident İlham Əliyevin orden və medallarını təqdim edir:

Heydər Əliyev ordeni (Azərbaycan Respublikası),

Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya),

Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı),

Şərəf Ordeni (Gürcüstan),

“Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa),

Şeyxülislam Ordeni (Azərbaycan Respublikası),

Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni,

“Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası),

MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”,

FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni,

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa),

I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna),

“Mübarək əl-Kəbir” ordeni (Küveyt Dövləti),

Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan),

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı,

“Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi,

“Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya),

“İsmoili Somoni” ordeni (Tacikistan).

Ölkə başçısı aşağıdağı təhsil ocaqlarının Fəxri Doktorudur:

Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ),

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru,

L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan),

Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə),

Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna),

Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya),

Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan),

Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya),

İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya),

Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan),

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası),

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna),

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası),

Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan),

Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası),

Ankara Universitetinin Fəxri Doktoru (Türkiyə),

Çukurova Universitetinin Fəxri Doktoru (Türkiyə).

Qeyd edək ki, Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz” sualını cavablandıran respondentlərin 81 faizi prezident İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına layiq bilib.

Bundan əlavə Prezident İlham Əliyev ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2013-cü ilin adamı” mükafatına layiq görülüb.

Prezident İlham Əliyev 2013-cü ildə Türkiyənin “Ekovitrin” jurnalının keçirdiyi sorğu zamanı “10 ilin dövlət adamı” mükafatı ilə təltif edilib.

Ötən gün ölkəmizə səfəri çərçivəsində Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib.

Hazırladı: Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti