İlham Əliyev Macarıstan prezidentini təbrik edib

İlham Əliyev Macarıstan prezidentini təbrik edib
  22 Oktyabr 2016    Oxunub:960
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və tərəqqi arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti