İlham Əliyev Ərdoğanı təbrik etdi

İlham Əliyev Ərdoğanı təbrik etdi
  26 Fevral 2017    Oxunub:1827
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib.
AzVision.az xəbər verir ki, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlətimizin başçısı Prezident Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik etmiş, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti