İkinci Dünya Müharibəsinin veteranı vəfat etdi

İkinci Dünya Müharibəsinin veteranı vəfat etdi
  20 Aprel 2014    Oxunub:1058
Böyük Vətən müharibəsi illərində (1941-1945) Moskvadan Berlinə kimi döyüş yolu keçmiş veteran Ərşad Məmmədov dünən Şirvan şəhərində dünyasını dəyişib.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, 1920-ci ildə Zəngilan rayonunun Babaylı kəndində doğulmuş Ə. Məmmədov 21 yaşında ordu sıralarına çağırılıb, Moskvadan Berlinə kimi döyüş yolu keçib. Bir sıra ağır çarpışmaların, o cümlədən tarixi “Oder döyüşü”nün iştirakçısı olub. Əsasən hərbi kəşfiyyat və mühafizə-təhlükəsizlik xidmətində çalışan Ərşad kişi dəfələrlə ölüm təhlükəsi ilə üzləşib, bir neçə dəfə yaralanıb.

Müharibə illərində bir neçə generalın mühafizə xidmətinin rəhbəri olmuş Ərşad Məmmədov döyüşən ordu sıralarında Berlinin alınmasında da iştirak edid. 1946-cı ilədək sovet qoşunlarının nəzarətindəki Döyçekroyna şəhərinin hərbi komendantı olub. Vətən uğrundakı rəşadətli xidmətlərinə görə müxtəlif döyüş ordenləri ilə təltif edilib.

Ordudan tərxis olunduqdan sonra Şirvan şəhərində (Əlibayramlı) yaşayan Ərşad Məmmədov müxtəlif təsərrüfat işlərində çalışıb. Dünən 94 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ə.Məmmədov tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin əmisidir.


Teqlər:





Xəbər lenti