İki qardaş bıçaqlandı, biri öldü

İki qardaş bıçaqlandı, biri öldü
  29 İyul 2015    Oxunub:2282
Bakıda qardaşları bıçaqlayan şəxslər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 28-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindən Bakı şəhər sakinləri Orxan Əsgərli və qardaşı Sabit kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq Sabit orada ölüb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakinləri Cavid İsgəndərov və Cavanşir Cəfərzadə tutulub.


Teqlər:





Xəbər lenti