İki nəhəng bu gecə üz-üzə gələcək

İki nəhəng bu gecə üz-üzə gələcək
  16 Aprel 2014    Oxunub:1244

İspaniya Kral kubokunun sahibi bu gecə keçiriləcək “Barselona”-“Real Madrid” oyunundan sonra məlum olacaq
Oyun Bakı vaxtı 00:30-da başlayacaq. İki nəhəngin qarşılaşması Valensiyanın “Mestalla” stadionuna keçiriləcək.

Ardıcıl məğlubiyyətlərlə üzləşən Barselonalı futbolçuların oyun öncəsi keyfi heç yerində deyil. Bu kuboku üst-üstə 26 dəfə muzeyinə aparan katalonların müdafiəsində iki böyük itki yaşanmaqdadır. Pike və Puyolun oyunda iştirak edəcəyi sual altındadır.

“Real Madrid” klubunda isə Kriştiano Ronaldo dizindəki zədəyə görə, oyunda iştirak etməyəcək. Sonuncu dəfə 2011-ci ildə kuboku qazanan madridlilər indiyə kimi 18 dəfə bunun sevincini yaşaya bilib.

Hər iki komandanın ilk “11”liyini sizə təqdim edirik:

Barselona: Pinto, Alves, Mascherano, Bartra, Alba, Busquets, Xavi, Iniesta, Neymar, Messi, Sanchez

Real Madrid: Casillas, Carvajal, Ramos, Pepe, Coentrao, Modric, Alonso, Illarra, Di Maria, Bale, Benzema

Emin Piri



Teqlər:  





Xəbər lenti