İki müəssisə nazirliyin əlindən alındı

İki müəssisə nazirliyin əlindən alındı
  06 May 2015    Oxunub:2880
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan iki təsərrüfat hesablı müəssisə “Aqrolizinq” ASC-nin tabeliyinə verilib.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında əksini tapıb.

Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası və Lənkəran Dövlət Maşın Sınaq Stansiyası Azərbaycan Respublikası “Aqrolizinq” ASC-nin tabeliyinə verilib. Qərara əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfat hesablı Azərbaycan Bioloji Kombinatı və Abşeron Regional Süni Mayalanma Mərkəzi isə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.


Teqlər:





Xəbər lenti