İki kənd Culfadan alınıb Babəkə verildi

İki kənd Culfadan alınıb Babəkə verildi
  28 Noyabr 2014    Oxunub:7344
Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilir.

AzVision.az xəbər verir ki, dəyişikliklər Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Belə ki, Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nehəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nehəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.

Qanun layihəsi barədə məlumat verən millət vəkili Fəttah Heydərov bildirib ki, Göynük və Nehəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə veriləcək. Beləliklə, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi mövcud qanuna əlavə edilən xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
iclas qurtarır


Teqlər:





Xəbər lenti