İki icra hakimiyyətində yoxlama aparılıb

İki icra hakimiyyətində yoxlama aparılıb
  21 May 2015    Oxunub:2917
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Bu barədə AzVision.az-a Hesablama Palatasından məlumat verilib.

Palata bildirir ki, kollegiya iclasında Xəzər rayonu və Lənkəran şəhəri icra hakimiyyətlərinə və tabelikdə olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan, həmçinin Göygöl Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin yerli xərclərindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə Hesabatlar müzakirə olunub.

Hesablama Palatasının məlumatına görə, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramları təsdiq edilib.


Teqlər:  





Xəbər lenti